Teatr xarici səfərdən qayıdıb

      2015- сi ilin may ayında Teatr kollektivi Türkiyədə Beynəlxalq Teatr festivalİnda Xəzangülün Məhəbbətin qənimi tamaşasİ ilə çİxİş edib.

5 may 2015

"Xalq artisti Vaqif Şərifovun 70 illik yubiley gecəsi"

      23 may 2014 cü il tarixində "Xalq artisti Vaqif Şərifovun 70 illik yubiley gecəsi"- keçirildi. Tədbirdə Respublikanın bir çox tanınmiş sənət nümayəndələri də iştirak edirdi. Tamaşaçıların xahiş və istəklərini nəzərə alaraq tarixdə ilk dəfə olaraq iki seans Yubiley tədbiri keçirildi.

24 may 2014

"Festival səfərləri"

      1-8 may 2014-cü il tariində Teatr Türkiyənin Giresun şəhərində keçiriləcək Teatr Festivalında iştirak etmək üçün, qardaş Türkiyəyə yola düşəcək. Teatr həmin festival Elçinin "Qatil" tamaşası ilə qatılacaq. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Şərifovdur. Rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Ilham Hüseyinov, Novruz Cəfərov, aktyorlar Sevda Orucova və Zəminə Cəfərova ifa edirlər.

29 aprel 2014

Fəxri adlar

     13 fevral 2014-cü il tarixində ölkə Prezidenti cənab Ilham Əliyevin sərəncamı ilə, rejissor Vaqif Şərifova və aktyor Məmmədəli Balayevə -Xalq artisti-, aktyor Elxan Abbasova isə -Əməkdar artist- fəxri adları verilmişdir.

14 fevral 2014

"Fəxri Adlar"

      25 İyun 2013 tarixində Ölke Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə teatrımızın aktyoru Novruz Cəfərov "respublikanın əməkdar artisti" fəxri adına, əməkdar artist Ramiz Vəliyev ve rejissor, əməkdar incəsənət xadimi Vaqif Şərifov tərəqqi medalina layiq görülüblər.

26 İyun 2013

"İsmayıllıda"

      12 iyun 2013`cü il tarixində Gəncə Dövlət Dram teatrnın bir qrup kollektivi İsmayıllı Rayonunda A. Murovdağlının ``Alın Yazısı`` Poeması əsasında əməkdar incəsənət xadimi Vaqif Şərifovun quruluşunda öz səhnə həllini tapmış eyni adlı ədəbi bədii kompazisiya ilə, Rayon ziyalıları qarşısında çıxış etmişdir. Tamaşaçılar tərəfindən yüksək sevgi ilə qarşılanan kompazisiyanın başqa rayonlarda da nümayişi gözlənilir.

13 iyun 2013

"Yubiley tədbirləri"

      Bu gün teatrımız Ukrayna festivalına hazırlaşmağına baxmayaraq eyni zamanda 10 may Ulu Öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevin doğum günü münasibəti ilə Gəncədə Heydər Əliyev meydanında Aydın Murovdağlının "Alın yazısı" poeması əsasında, respublikanın əməkdar incəsənət xadimi Vaqif Şərifovun quruluşunda öz səhnə həllini tapmış, səs rejissoru, video və musiqi tərtibatı Yusif Cəfərova məxsus, eyni adlı ədəbi bədii kompazisiya nümayiş etdi. Şəhər İcra Hakimiiyətinin Başçısı Cənab Elmar Vəliyevin yüksək dəyərləndirdiyi və ikinci dəfə böyük həvəslə tamaşa etdiyi kompazisiya tamaşaçıların böyük rəğbətini qazandı.

10 may 2013

"Novruz Bayramı tədbirləri"

      Gəncə Dövlət Dram teatrı 19 mart 2013-cü il tarixində Yeni Gəncə qəsəbəsində Novruz meydanında keçirilən Bayram şənliyində iştirak etdi. 20 mart tarixində isə Cavad xan küçəsində keçirilən "Gəncə toyu" adlı Novruz şənliyinə bütövlükdə rəhbərlik etdi. Tədbirin Bədii rəhbəri Teatrın direktoru əməkdar mədəniyyət işçsi Əli Qasımov, rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifov, səs rejissoru Yusif Cəfərov idi. Cavad xan küçəsi boyunca baş tutan möhtəşəm bayram şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev və şəhərin ziyalıları ilə yanaşı xarici qonaqlar da iştirak etdilər. 21 mart tarixində isə Gəncə şəhər İcra hakimiyyəti ilə Azərbaycan Dövlət Televiziyasının birgə layihəsi olan və canlı yayımlanan Bayram konsertində "Tarixi şəxsiyyətlərin bayram təbriki" adlı ədəbi bədii kompazisiya ilə çıxış etdi.

22 mart 2013

Teatr xarici səfərlərə "Teatr festivallarına" hazırlaşır

      14-24 aprel 2013-cü il tarixlərində Teatr, Türkiyənin Konya şəhərində keçiriləcək Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına dəvət alıb və adıçəkilən festivala M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəlişah" tamaşası ilə qatılacaq. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömərdir. Rollarda Respublikanın xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Elxan Abbasov, Elşad Əhmədov, Eldəniz Tağıyev və başqaları iştirak edirlər. Tamaşa 18 aprel 2013-cü il tarixinə planlaşdırılıb.
      17-24 may 2013-cü il tarixilərində isə Teatr, Ukrayna respublikasının Dneprodzerjinsk şəhərində keçiriləcək "Klassiklər bu gün" adlı festivala da dəvət alıb. Həmin festivala Teatr N.Qoqolun "Evlənmə" tamaşası ilə qatılacaq. Tamaşanın rejissoru İradə Gözəlova, rollarda Alim Məmmədov (xalq artisti), İlham Hüseynov (əməkdar artist) aktyorlardan Novruz Cəfərov, Elxan Abbasov, Samir Abbasov, Şəlalə Rüstəmova, Zəminə Cəfərova və başqaları iştirak edir. Tamaşa 18 may 2013-cü tarixinə təyin olunub.

15 mart 2013