GƏNCƏ DÖVLƏT DRAM

T E A T R I

Teatrın tarixinə səyyahət

1932-34-ci illərdə Qırmızı bayraqlı Türk işçi Teatrı
1934-35-ci illərdə Qırmızı bayraqlı Kirovabad Teatrı
1935-39-cu illərdə Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı
1939-52-ci illərdə L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı
1952-64-cü illərdə Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı
1964-90-cı illərdə Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı
1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır

XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakı ilə ilk dəfə burada oynanılan tamaşalar dövrünün mütəfəkkir və ictimai xadimi olan M. F. Axundov və N. B. Vəzirovun pyesləri olmuşdur. 1906-cı ildə yaradılmış "Gəncə müsəlman" məclisi"nin bu sahədə xidmətləri daha önəmlidir. Ə. B. Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatr truppasında "Ağa Məhəmməd şah Qacar" "Dağılan tifaq",(Ə. B. Haqverdiyev ), "Əl-Mənsur" ( N. Heyne ), "Nadanlıq" ( N. Nərimanov ), "Vətən" ( N. Kamal ) və başqa əsərlər yeni həvəskar truppanın əsas repertuarı olmuşdur. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi olan Mirzə Məhəmməd Axundzadə bir neçə yeni dram əsərləri yzmaqla yanaşı əcnəbi müəlliflərin pyeslərini tərcümə edir və teatr sənətinin dövrü üçün nəzəri problemlərini əks etdirən "Teatro nədir ?" elmi əsərini yazır və çap etdirir.
Bütün bunlarla yanaşı həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"i tələbələrinin ilk dram truppası da yaradılır. Burada M. C. Əmirovun "Seyfülmüllük" operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulur. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərir. Bu dərnək istedadlı aktyor truppasə ilə yanaşı, rəngaəng repertuarı olan, lakin dülət statusu almamış bir teatr idi. Burada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət g&oum;'stərmişdir. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın bir sıra teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti göstərmişlər.
1932-ci ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılmış, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə "Azad Tənqid-Təbliğ Teatrı" kimi fəaliyyətə başlayan , sonradan "Bakı işç Teatrı"nın tarixi ilə üzvü şəkildə bağlıdır. Belə ki, məhz 1932-ci ilin dekabr ayında bu teatrın yaradıcı kollektivi bütülükdə Gəncəyə köçürülür və "Tənqid-Təbliğ" teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. Teatrın tarixinə nəzər saldıqda sonradan bu teatrın yetirməsi olan görkəmli teatr pedaqoqu və rejissoru, xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada dü.ür : "Teatrın yaradıcılılq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşamış, hər zaman müasir fikirlər irəli sürməyə can atmışdır. "Forma etibarı ilə kiçik dram əsərlərinə səhnə təcəssümü verən, ətrafına müxtəlif nəsli cəlb edən bu teatr özünə tam yaşama hüququ qazandıraraq çox qısa vaxt məkanında maraqlı repertuarı ilə tamaşaçı auditoriyası toplaya bilmişdir. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.
Gəncədə milli professional teatr sənətinin yaranması və inkişafında, teatrın yaradıcılıq istiqamətinin müəyyənləşdirilməsində aktyorlardan Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Ətayə Əliyeva, İsmayıl Talıblı, Ələkbər Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov, Yusif Yılduz, İsmayıl Əfəndiyev, sonradan Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissorlardan Vaqif Şərifov, Hilal Həsənov və başqalarının əməyi böyük olmuşdur. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində müxtəlif səpgili pyeslərl maraqlı obrazlar qaleriyası yaratmaqla, fundamental repertuar siyasətinin əsasını qoymuşlar. Belə ki, "Aslan yatağı" ( M. H. Təhmasib ), "İntizar" (İ. Əfəndiyev və M. Hüseyn ), "Bizim şəhərli oğlan" ( K. Simonov ), "Od gəlini" ( C. Cabbarlı ), "Madrid" ( M. İbrahimov ), "İntiqam" ( Z. Xəlil ), "Nə əldən qoyur, nə yardan doyur" ( Lope De Veqa ), "Müfəttiş" ( Qoqol ), "Ölülər" ( Cəlil Məmmədquluzadə ), "Kəllə"( Nazim Hikmət ), "Tülkü və üzüm" ( G. Fiqeyerdo ), "Bahar" ( M. H. Təhmasib ), "Böyük ürək" ( H. Seyidbəyli və İ. Qasımov ), "Nəsrəddin şah" ( C. Cabbarlı ), "Qoca" ( M. Qorki ) "Üç qəpiklik opera" ( Brext ), "III-Riçard" ( V. Şekspir ), "Antiqona" ( Esxil ), "Medeya" ( Evripid ), "Yad qızı" ( Orxan Kamal ) tamaşaları orjinallığı və səhnə tamlığı ilə fəqlənmiş və yaradıcı kollektivin böyük potensial bir qüvvəyə malik olduğunu göstərə bilmişdir.
      2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı"tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatının "Qran Pri"sinə layiq görülmüşdür.
      2007-ci ildə gənc rejissor İ. Gözəlovanın tamaşaya hazırladığı "Qəribə oğlan" pyesi "Gənc rejissorların teatr festivalı"nda uğur qazanmışdır.
      2009-cu il. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Azərbaycan teatrlarının inkişaf etdirilərək sivil Dövlətlərin teatrları səviyyəsinə qaldırılması məqsədi ilə bir çox sərəncamlar vermişdir ki, onlardan biri də "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan sərəncamdır. Həmin sərəncamda Dünya teatrlarının iştirakı ilə "Elmi Praktiki" konfransların, "Bədii qiraət" müsabiqələrinin, "Yeni Teatr" festivallarının keçirilməsi və xarici Ölkələrdə keçirilən festivallarda iştirak etmək nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm Nazirliyi də həmin sərəncamlar çərçivəsində bu qəbildən olan silsilə tədbirləri reallaşdırmaqdadır. Belə ki, 23-28 iyun 2009 -cu il tarixlərində ilk dəfə Gəncədə "Yeni Teatr" Respublika festivalı keçirildi. Gəncə Dövlət Dram teatrı həmin festivala ev sahibliyi etməklə yanaşı, Ə. Əmirlinin "Varlı qadın " tamaşası ilə qatıldı.
      2010-cu ildə isə yaradcı kollektiv Elçinin "Ölüm hökmü" tamaşası ilə "Respublika teatr festivalı"nda uğurla çıxış etmişdir.
      2011-ci ilin aprel və may aylarında, Mir Cəlal Paşayevin doğum günü ərəfəsində teatr, əməkdar artist Loğman Kərimovun quruluş verdiyi Mir Cəlal Paşayevin "Ərik ağacı"tamaşası ilə Reaspublikanın bir çox şəhər və rayonlarında tamaşaçılar qarşısında çıxış etmişdir. Gəncə Dövlət Dram teatrı öz tarixində ilk dəfə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiqi və Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstək və yardımı ilə Əli Qasımovun teatra rəhbərliyi dövründə, xarici ölkəyə səfər etdi. Bu səfər Türkiyə Cümhuriyyəti Giresun Bələdiyyəsinin may ayının 2-13 tarixlərində keçirdiyi 34-cü "AK SU" Beynəlxalq Teatr festivalı oldu. Həmin festivala teatr N. Cəfərovun quruluşunda T. Cucenoğlunun "Gözəlçələr" tamaşası ilə qatıldı. Teatrın çıxışı 8 may tarixinə təyin olunmuşdur. Həmin gün tamaşaçılar arasında Giresunun bir çox ziyalıları da vardı. Tamaşadan sonra Giresun Bələdiyyəsinin Başkan yardımçısı Ömər Çinel səhnəyə qalxıb aktyorlarımızı təbrik edtdi və tamaşa haqqında xeyli xoş sözlər söyləyib Giresun Bələdiyyəsi adından hədiyyə təqdim etdi. Elə həmin gün teatrın direktoru Əli Qasımov Giresun yerli televiziyası ilə canlı yayımlanan "Sanat Harmanı" verlişinə dəvət aldı. Mayın 9-da Giresun Bələdiyyə Başkanı Kerim Aksunun dəvəti ilə başda teatrın direktoru Əli Qasımov olmaqla bir neçə nümayəndələri ilə görüş keçirildi. Kollektiv vətənə qayıdandan sonra bu səfər haqqında bütün media nümayəndələri maraqlandı. Qəzetlərdə, internet səhifələrində televiziyalarda teatrın Türkiyə səfəri haqda yazılar, məlumatlar verildi. Kollektiv Televiziya kanallarından AZTV-nin canlı yayımlanan "Səhər" verlişınə, İctimai teıeviziyanın "Yeni gün" verlişinə dəvət aldı. Elə həmin ilin 21-27 iyun tarixlərində Lənkaranda keçirilən Teatr festivalında isə teatr Elçinin "Qatil" tamaşası ilə çıxış etdi.
      2012- ci ildə Teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi M.F. Axundzadənin"Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası ilə may ayında Türkiyədə, sentyabrda isə Rusiyanin Ufa şəhərində keçirilən Türkdilli dövlətlərin - "Tuğanlik"- teatr festivalında iştirak etmişdir.
     14-24 aprel 2013-cü il tarixlərində Teatr, Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəlişah" tamaşası ilə qatıldi. Rollarda Respublikanın xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Elxan Abbasov, Elşad Əhmədov, və başqaları iştirak edirdilər. Tamaşa 18 aprel 2013-cü il tarixinə nümayiş olundu.
     17-23 may 2013-cü il tarixlərində Teatr Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən "Klassiklər bu gün"adlı Teatr festivalına dəvət aldı. Teatr bu festivala Iradə Gözəlovanın quruluş verdiyi Qoqolun Evlənmə tamaşası ilə qatıldı.Bu festivalda təsis olunmuş "ən yaxşı kişi rolunun ifaçısı" naminasiyası Teatrın aktyoru əməkdar artist Ilham Hüseynova təqdim olundu.
      1-5 may 2014 cü il tarixlərində Teatrın yaradıcı kollektivi Türkiyənin Giresun şəhərində keçirilən Teatr festivalına dəvət aldı. Teatr bu festivala Respublikanın xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin "Qatil" tamaşası ilə qatıldı. Həmişə olduğu kimi bu dəfə də tamaşa yüksək sevgi ilə qarşılandı. Rolları Respublikanın xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Ilham Hüseynov, Novruz Cəfərov, aktrisa Sevda Orucova ifa edirdilər. Tamaşaçılar arasında, Dövlət məmurları və Giresun Bələdiyyəsinin nümayəndələi də var idi.Tamaşa bitəndən sonra Giresun teatrının kollektivi ilə yaradıcılıq haqqında geniş fikir mübadiləsi oldu.
      23 may 2014 cü il tarixində "Xalq artisti Vaqif Şərifovun 70 illik yubiley gecəsi"- keçirildi. Tədbirdə Respublikanın bir çox tanınmiş sənət nümayəndələri də iştirak edirdi. Tamaşaçıların xahiş və istəklərini nəzərə alaraq tarixdə ilk dəfə olaraq iki seans Yubiley tədbiri keçirildi.
      10-19 sentyabr 2014 cü il tarixində "Şəki Beynəlxalq Teatr Festivalı"- keçirildi. Bu festivala Teatr Iradə Gözəlovanın quruluşunda Qoqolun "Evlənmə" tamaşası ilə qatıldı. Tamaşa 13 sentyabr tarixinə planlaşdırılmışdı. Tamaşa tamaşaçılar tərəfindən yüksək sevgi ilə qarşılandı.
      11-15 may 2015 ci il tarixində Teatr yenidən Türkiyənin Giresun şəhərində keçirilən "Teatr festival"ına qatıldı. Bu festivalda Teatr, əməkdar artist Faiq Qasımovun quruluş verdiyi Xəzangülün "Məhəbbətin qənimi" tamaşası ilə çıxış etdi. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Ramiz Vəliyev və b. ifa ediblər.
     14 sentyabr 2015 - ci il tarixində Azərbaycan Teatrının "143-cü Teatr mövsümü"nün açılışı Gəncə Dñvlət Dram teatrında C. Məmmədquluzadənin "Dəli yığıncağ" tamaşası ilə baş tutdu. Açılış tədbirinə Mədəniyyət və Turizm Naziri cənab Əbüfəs Qarayev başda olmaqla Ölkənin əksər Teatr kollektivlərinin nümayəndələri qatılmışdı.
     14-16 dekabr 2015-ci il tarixində, Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Teatr, Iradə Gözəlovanın quruluş verdiyi, C. Məmməquluzadənin "Dəli yığıncağı" tamaşası ilə Bakı şəhərində, Rus Dövlət Dram teatrında Azərbaycanın tanınmış sənət adamları qarşısında çıxış etdi.
    17 aprel- 4 may 2016 cı il tarixlərində Teatrın bir qrup yaradıcı üzvləri Türkiyənin Konya şəhərində keçirilən "Min nəfəs bir səs" adlı Beynəlxalq teatr festivalına, teatrın rejissoru Elşad Əhmədovun quruluş verdiyi,Türk yazarı Turqay Narın "Şəhrizadın oyunu" tamaşası ilə dəvət aldı. Tamaşadda əsas rolları Yusif Cəfərov, Sevda Orucova və b. ifa edirdilər.
    24-30 mart 2017 ci il tarixlərində teatr Tükiyənin Merzifon Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr festivalında N. Cəfərovun quruluş verdiyi "20 ildən sonra" tamaşası ilə çıxış etmiçdir.
    2018 ci ilin iyun ayında Teatr Gürcüstanın Ozürgeti şəhərində keçirilən Nodar Dumbadze beynəlxalq teatr festivalında Iradə Gozəlovanın quruluş verdiyi "Hellados" tamaşası ilə çıxış etmiş və " Festivalın ən yaxş tamaşası " naminasiyasına layiq gorulmuşdur
   2019 cu ilin aprel ayında Teatr Türkiyənin Adana və Konya şəhərlərində keçirilən Devlet tiyatroları festivallarında, may ayında isə Ukraynanın Kamenskoe və Xerson şəhərlərində keçirilən festivallarda "Hellados" tamaşası ilə, çıxĭş etmiş, Kamenskoedə keçirilən "Klassiklər bu gün" adlı festivaldan "Ən yaxşı duet" naminasiyası teatrın aktyorları Murad Meyfəliyevə və Ruslan Hüseynova təqdim olunmuşdur.
   2020 ci ilin mart ayının sonlarında "Kronavirus" pandemiyasının qarşısının alınması məqsədi ilə Dövlət tərəfindən elan olunmuş karantin dövründə, 20 mart tarixindən başlayaraq teatr öz tamaşalarını Facebook sosial şəbəkəsi üzərindən "Gəncə teatrının video tamaşaları və afişası" səhifəsində canlı yayımla yayımlamağa başlamıışdır. Əvvəllər həftədə üç gün yayımlansa da 1 aprel tarixindən həftədə beş gün yayımla işini davam etdirmişdir.
Bu gün böyük sənət yolu keçən "Gəncə Dövlət Dram Teatrı 126" - cı mövsümün astanasında böyük yaradıcılıq yolunun axtarışındadır.