GƏNCƏNİN TARİXİ

         Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın içtimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişməsində yerləşirdi. Burada sayahətçilər dayanır, uzaq ölkələrdən alimlər fikirləri ilə bölüşürdülər. Zəngin tarixin səhifələrini vərəqləyərkən biz onun hər bir sətrində qədim şəhərinin izlərinə rastlaşırıq, onun səsini eşidir, nəfəsini hiss edirik.
Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə aid edirlər, əksəriyyəti isə - orta əsrlərin əvvələrinə.
Şəhərin tarixindən danışarkən yaddan çıxartmaq lazım deyil ki, o içtimai- iqtisadi və mədəni mərkəz kimi yaranmışdır. Gəncəni Azərbaycanın digər şəhərləri kimi ( Qəbələ, Naxçıvan, Şəki, Şamaxı ) əlverişli cografi yerləşməsinə malik və sonralar şəhərə çevrilmiş yaşayış məskəni kimi nəzərdən keçirmək lazımdır. Gəncənin yaşının sübutu kimi 656-661-ci illərdə hakimiyətdə olan Xəlif Əli ibn Əbu Təlibin dövründə yaşamış Comərd qəssabı haqqında olan rəvayətləri və onun türbəsini saymaq olar. O zaman, Gəncənin əhalisinin əsasən büdpərəst olmasına baxmayaraq, o Məhəmməd peyğəmbərin dinini gizli qəbul etmişdir. Kiminsə dinini gizlicə dəyişməsi, hələ o vaxtlar Gəncənin siyasi hakimiyyətinin və nüfuzlu rühani idarəsinin olmasını və şəhərin artıq formalaşdığını göstərir. Deyilənlərə görə, Comərd qəssab tərəzi işlətməyən qəssab “ Ya Əli ” deyərək əti doğrayardı və heç bir sakin ətin əksik gəlməsinə şikayət etməmişdir.
         Hələ 40-cı illərdə, arxeoloji qazıntılar zamanı, tədqiqatlar belə bir fikirə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi . Gəncə toponomik anlamında da həmçin fikir ayrılıgı mövcuddur. Toponim pəhləvi sözu kimi qəbul edilirdi və “ xəzinə, məhsul ambarı ” mənasını daşıyırdı . Bu izahın əslində heç birinin elmi əsası yoxdur. Reslərə görə, bu termin azərbaycan dilinə məxsusdur. Başqa bir fikirə əsasən, bu termin Gancak tayfasının adı ilə baglıdır, və bu həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olması elmlə artıq subuta yetirilmişdir. Orta Asiya tarixçiləri subut etməyə çalışırlar ki, onlar bu tayfanın törəmələridilər. VII əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dagıdılmışdır. VII əsrin sonunda şəhər ərəbləə xəzərlər arasında döyuş meydanına çevrilmişdir . “ Dərbəndnamə ”- də qeyd edilir ki, VII əsrin əvvəlində və VIII əsrdə Azərbaycan ərazisi dəfələrlə yuruşlərə məruz qalmışdı və bunun nəticəsində Gəncə də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə muhum rol oynamaga başlayır, burada tez-tez karvanlar dayanır. Dövruyyədə ərəb dinarı və dirxəm işlənirdi.
X əsrdən başlayaraq, yəni Bərdə paytaxt simasını itirəndə, Gəncə ölkənin içtimai-iqtisadi və mədəni həyatında muhum rol oynamaqa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq muhum yer tutur. Sənətkarlıgın ikişafı uçun burada iqtisadi potensial var. Gəncənin yaxınlıgında yerləşən dəmir, mis və kvars mədənləri sənətkarları xammalı ilə təmin edirlər.
Gəncənin ölkənin paytaxtı kimi formalaşarkən hərbi muqavimətin artırılmasına xususi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.
Bu şəkildə vaxtı ilə əzəmətli və sarsılmaz Gəncə qalasının qalıqları təsvir olunub . Ön planda qalanın cənub-şərq hissəsinin künc və qala divarının qalan hissəsini görmək olar, digər təxminən 600 metrlik məsafədə qırmızı işarələnmiş sahədədir. Qalanın divarı Gəncəçayın axını boyu tikilmişdir. Öz zamanlarında qala üçün daha bir müdafiə xətti olan çay, bu günlərdə onsuzda uçmuş qala divarlarını daha da yuyub aparır.
IX-X əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda mustəqil Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmaga başlamışlar. Səlarilərin əlində olan Gəncə X əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. İ Fədlunun ( 895-1030) dövrundə Gəncə daha da möhkəmləndi. Şəddadilər burada qala, saraylar, körpulər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi.
1063-cu ildə dəmirçi İbrahim Gəncənin məhşur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyuyur, yeni ticarət və sənaye məhəlləri tikilir. İpək və ondan hazırlanan məmulatlar nəinki yerli, hətta xarici bazarların alıcıların diqqətini cəlb edirdi. Gəncə həmçin dini mərkəz hesab olunurdu. Belə ki, alban katalikosun igamətgahı Bərdədən Gəncəyə köçürülmüşdür. Qətrap Təbrizi bu dövr haqqında belə yazır: “ İndi Gəncə cənnət diyarına çevrildi ”.
         XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına məruz qalmışdır. Təbrizi zəbt etdikdən sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul bəyin vassalı olmağa razılaşdı. O, Toğrul bəyə qiymətli hədiyyə təqdim etdi və onun adına xütbə oxundu. Səlcuqların hücumları kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər hökmdarı III Fədlun müharibə aparmağın mənasızlığını görüb təslim oldu, lakin bir müddətdən sonra əlverişli şəraitindən istifadə edərək yenidən hakimiyyətə qayıtdı. 1086-cı ildə Səlcuq hökmdarı Məlikşah (1072-1092) sərkərdə Buğayı Gəncənin üstünə yolladı. Yerli əhalinin güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər. Döyüş zamanı Gəncə hökmdarı III Fədlun əsir düşmüş və beləliklə 100 ildən artıq hökm sürmüş Şəddadilər sülaləsinin hökmdarlığına son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah öz oğlu Qiyas Əd-din Tapara etibar etdi. Qiyas Əd-din Tapar sultan (1105-1117) seçildikdən sonra da igamətgahı Gəncədə yerləşən əsas Səlcuq hökmdarlardan biri idi. XII əsrin birinci yarısında Gəncəyə bir neçə dəfə gürcülər hücum etmişlər. Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum etdilər və onu qarət etdilər.
Gəncə ilə bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə baş vermiş güclü zəlzələ idi. Kirakos Qəndzakesi yazırdı: “ Dağ və düzü duman və buludlar bürümüşdü, dəhşətli zəlzələ baş vermişdir. Gəncə dağıldı. Nəticədə Kəpəz dağı uçmuş və təpələrdən axan xırda çayların qarşısını kəsmişdir və göl əmələ gəldi. ” Müəllif, digər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində məlumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.
Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edərək gürcü feodalları hücum etmiş, çoxlu qənimət əldə etdilər və Gəncənin məhşur qapısını apardılar. Azərbaycanın maddi mədəniyyətinin abidəsinin qalıqları nəzarətsizlik və yararsız vəziyyətində indi də Gürcüstan Respublikasının Qelet monastırındadır.
Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövləti zəiflətdi. Bu yerli feodalların güclənməsinə və yeni dövlətlərin yaradınmasına şərait yaratdı. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli - XIII əsrlər Gəncənin Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki onun məlumatları ölkədən çox uzaqlarda məhşur idi və o, “ Aran şəhərlərinin anası” səviyyəsinə qalxmışdır. Burada hazırlanan və “ Gəncə ipəyi ” adlanan parça qonşu ölkələrin və Orta şərq bazarlarında yüksək qiymətləndirilirdi .

 

MEHMANXANALAR

“ My Way ” mehmanxanası.

Qədim mədəniyyət abidəsi, böyük Nizaminin ana yurdu – Gəncə şəhəri sizə, yeni keyfiyyətdə mehmanxana və istirahət kompleksi “ My Way ” mehmanxanasını təqdim edir. “ My Way ” öz mükəmməl münasibəti, əvəzolunmaz xidməti və rahatlığı ilə seçilir. 24 saat restoran, bar, otaq xidməti ilə milli və avropa mətbəxi, pulsuz səhər qəlyanaltısı, mərkəzləşdirilmiş kondisioner sisteması, avropa və rusiya TV kanalları, paltarların yuyulub ütülənməsi, kimyəvi təmizlənməsi, taksi sifarişi və maşın kirayə edilməsi xidmətləri ilə “ My Way ” mehmanxanası həqiqətən öz işinin zirvəsindədir. “ My Way ” mehmanxanası təcrübəni, əla yerləşdirməni, şəxsi diqqəti qiymətləndirənlər üçün ideal bir xidmətdir.

Yerləşdirmə:

Tək çarpayılı qonaq otaqları - 100 AZN

Cüt çarpayılı qonaq otaqları - 120 AZN

Kiçik dəb-dəbəli qonaq otağı - 180 AZN

Standart dəb-dəbəli qonaq otaqları - 250 AZN

Yüksək dəb-dəbəli qonaq otaqları - 280 AZN

Qeyd: ailəvi qonaqlar və şirkət nümayəndələri üçün müxtəlif endirimlər ( 30%, 20% və 10% ) hər zaman qüvvədədir.

Xidmətlər:

24 Saat fəaliyyət göstərən Restoran və Bar

24 saat otaq xidməti

Milli və Avropa mətbəxi

Pulsuz səhər qəlyanaltısı

Paltarın yuyulub ütülənməsi, kimyəvi təmizlənməsi (sifarişlə həmin gün çatdırılma)

Yay çimərlik hovuzu

Kartinq

Taksi sifarişi və maşın kirayə etmə xidməti

Ofis xidmətləri (çapetmə, skayner, fax, kserekopya, internet)

Hava Yolları Limanından qarşılanma

Səyyahətin təşkil olunması və biletlərin sifarişi (sifarişlə)

Şəhərə və dağ yerlərinə gəzinti (sifarişlə)

Ailəvi qonaqlar və şirkət nümayəndələri üçün endirimlər

Jazz Night (hər bazar günü)

Ünvan: Adil İsgəndərov 59, AZ 2000, Gəncə, Azərbaycan
Tel: (+ 994 22) 59 10 19 (+ 994 22) 59 00 48
Fax: (+ 994 22) 59 09 00
www.myway-hotel.com contact@myway-hotel.com

 

Gəncə Mehmanxanası.

1950-ci ildə tikilib, istifadəyə verilən “ Gəncə Mehmanxana ”sı artıq neçə illərdir ki, şəhərimizə gələn qonaqlara xidmət göstərir. Onların rahatlığı üçün hər bir şəraİti olan mehmanxananın 2-ci mərtəbəsində kafe də (ödənişli) fəaliyyət göstərir.
Dörd mərtəbəli mehmanxana 70 otaqdan ibarətdir və qonaqlarına hər bir şəraiti olan 1, 2 və 3 otaqlı nömrələr təklif edir.

2 nəfərlik, bir otaq, kandisionersiz - 20 man

2 nəfərlik, bir otaq, kandisionerli - 30 man

1 nəfərlik, iki otaqlı, kandisionerli - 50 man

2 nəfərlik, iki otaqlı, kandisionerli - 60 man

2 nəfərlik, üç otaqlı, kandisionerli - 200 man

Qeyd: Qalma müddətindən asılı olmayaraq qiymətlər dəyişdirilmir.

Ünvan: Ş. İ. Xətai 155, Azadlıq Meydanının qarşısı.
Telefon: (022) 56-51-06

 

 

LYUKS mehmanxanası.

Lyuks mehmanxanasında 20 manata olan nömrədə – 2 yataq, soyuducu, isti və soyuq su ilə daim təmin olunan sanitariya xətti, hamam, televizor, kondisioner.

30 manata olan 1 otaqlı nömrədə – 2 nəfərlik yataq və eləcədə ayrı-ayrı 2 yataq, kreslo, şkaf, divan, televizor, soyuducu, kondisioner, isti və soyuq suyu daimi olan hamam, sanitariya xətti.

50 manata olan 1 otaqlı nömrədə – avanqardlıq digərlərinə nisbətən daha yüksək keyfiyyətdədir. Otaq daha genişdir. İkinci mərtəbədə yerləşən otağın eyvanı da var. Otaqda çay və kofe hazırlamaq üçün imkan var. Bu otaqda da divan, kreslo, televizor, kondisioner, 2 yataq, soyuducu var.

100 manata olan nömrələr həm 1 otaqlı, həm də 2 otaqlıdır. Bu nömrədə qalanlara pulsuz səhər yeməyi də daxildir. Burada 2 cüt və 1 tək yataq, kreslo, divan, masaj və duş üçün geniş kavinə, kondisioner, soyuducu, televizor var.

Mehmanxanada qalan sakinlər səhər saat 09:00-dan axşam 01:30 kimi burada fəaliyyət göstərən restoran xidmətindən də yararlana bilərlər.

Ünvanı: Nəriman Nərimanov prospekti 242, Yevlax avtovağzalının yanı.
Telefon: (022) 57-46-52: (022) 57-08-08: (050) 466-03-93: (050) 649-94-49: (055) 302-03-93

 

“ RAMADA Plaza ” HOTEL

Ünvan:  Gəncə şəhəri Nizami küçəsi, 237
Tel: (+994 22) 67 00 05
Fax: (+994 22) 67 20 15
E-mail: info@ramadaplazagence.com
web site: www.ramadaplazagence.com

“ EMON ” HOTEL

Ünvan: Gəncə şəhəri Heydər Əliyev pospekti
Tel: (+994 22) 57 22 80
(+994 22) 57 34 41

E-mail: emonhotel@box.az

“ EL ” OTEL

Ünvan: Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 126
Tel: (+994 22) 67 01 21