FESTİVALLAR VƏ YARDIÇILIQ UĞURLARI.

       Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan teatrı 2009-2019-cu illərdə ” Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı teatrlarımızın inkişaf yolunda atılmış mühüm bir addımdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf prespektivlərini müəyyənləşdirən Dövlət Proqramı fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin qorunması, ümumbəşəri və milli dəyərlərin təbliği, teatr sahəsində islahatların aparılması, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşməsi, milli teatr sənətinin tərəqqisi, yeniləşmə və beynəlxalq teatr məkanında layiqli yer tutması məqsədlərinə xidmət edir.
Elə bu məqsədlə Azərbaycan Respublikası Pezidentinin “ Azərbaycan teatrı 2009-2019-cu illərdə ” Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı və bu Sərəncamın 2.13 bəndinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 16 iyun 2009-cu il tarixli 260 saylı əmrinə əsasən 2009-cu il iyun ayının 23-dən 28-dək Gəncə şəhərində “ Yeni Teatr ” Respublika Festivalı keçiirlmişdir. Festivalda Gəncə Dövlət Dram Teatrı Əli Əmirlinin “ Varlı Qadın ” iki hissəli qara komediyası ( quruluşçu rejissor və səhnə tərtibatçısı əməkdar incəsənət xadimi Bəhram Osmanov, musiqi tərtibabçısı Elnur Qədirov ) ilə çıxış etmişdir.
Hər bir festival böyük yaradıçılıq uğurlarının davamı deməkdir.

       Respublikamızda fəaliyyət göstərən 27 Dövlət teatrının iştirakı ilə Milli Teatr Festivalının açılışı 23 fevral 2010-cu il tarixdə Bakı şəhərində Gənc Tamaşaçılar Teatrının binasında oldu. Festival Gəncə Dövlət Dram Teatrının quruluşunda xalq yazıcısı Elçinin “ Ölüm hökmü ” pyesinin təqdim edilməsi ilə başlandı. Festivalın açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev və pyesin müəllifi xalq yazıçısı Elçin Əfəndiyev iştirak edirdi.
Festivalın ikinci günü isə 24 fevral 2010-cu il tarixdə Gəncə Dövlət Dram Teatrı Əli Əmirlinin “ Varlı Qadın ” iki hissəli qara komediyası ( quruluşçu rejissor və səhnə tərtibatçısı əməkdar incəsənət xadimi Bəhram Osmanov, musiqi tərtibabçısı Elnur Qədirov ) ilə çıxış etdi. Qeyd etmək lazımdır ki, hər iki çıxış festival iştirakçılarında böyük təəsürat yaratmaqla, tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

       2011 ci ilin may ayında Gəncə Dövlət Dram teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkələrdə keçirilən Beynəlxalq Teatr festivalına qatıldı. Bu ilk xarici səfər Türkiyə Cümhuriyyəti Giresun Bələdiyyəsinin keçirdiyi 34- cü Beynəlxalq "AK SU" teatr festivalı oldu. Həmin festivalda Teatr T. Cucenoğlunun "Gözəlçələr" tamaşası ilə çıxış etdi.

       2012 ci ilin may ayında Gəncə Dövlət Dram teatrı yenidən Türkiyə Cümhuriyyəti Giresun Bələdiyyəsinin keçirdiyi 35- ci Beynəlxalq "AK SU" teatr festivalına, sentyabr ayında isə Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində Türkdilli dövlətlərin "Tuğanlık" teatr festivalına teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası ilə qatıldı.

       14-24 aprel 2013-cü il tarixlərində Teatr, Türkiyənin Konya şəhərində keçirilən Türkdilli Dövlətlərin "Bin nefes bir ses" Uluslararası 6-cı teatr festivalına teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəlişah" tamaşası ilə qatıldi.

       17-23 may 2013-cü il tarixlərində Teatr Ukraynanın Dneprodzerjinski şəhərində keçirilən "Klassiklər bu gün"adlı Teatr festivalına dəvət aldı. Teatr bu festivala Iradə Gözəlovanın quruluş verdiyi Qoqolun Evlənmə tamaşası ilə qatıldı.Bu festivalda təsis olunmuş "ən yaxşı kişi rolunun ifaçısı" naminasiyası Teatrın aktyoru əməkdar artist Ilham Hüseynova təqdim olundu.

       1-5 may 2014 cü il tarixlərində Teatrın yaradıcı kollektivi Türkiyənin Giresun şəhərində keçirilən Teatr festivalına dəvət aldı. Teatr bu festivala Respublikanın xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin "Qatil" tamaşası ilə qatıldı.

       10-19 sentyabr 2014 cü il tarixində "Şəki Beynəlxalq Teatr Festivalı"- keçirildi. Bu festivala Teatr Iradə Gözəlovanın quruluşunda Qoqolun "Evlənmə" tamaşası ilə qatıldı. Tamaşa 13 sentyabr tarixinə planlaşdırılmışdı.