Gəncə Dövlət Dram Teatrının Direktoru
Əməkdar Mədəniyyət işçisi


direktorƏli Teymur oğlu Qasımov - 1956-cı  ildə anadan olmuş, 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoruluğu” fakültəsini bitirdikdən sonra  Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Professional səhnədə ilk debyutunu S.Vurğunun “ Vaqif ” əsərində Vəzir obrazı ilə başlayıb. “ Odu atma Prometey! ”də / M. Kərim / Birinci allah, “ Yad qızı ”ında / O. Kamal / qarson Rza, “ Gəl qohum olaq ”da /  İ.Məlikzadə / Camal, “ Doğmalar ” / R. Əlizadə / Atabala kimi obrazları ifa etmişdir. Onun yaradıcılığında ən maraqlı obrazlardan biri  böyük şair  M. Ə. Sabirin həyatına həsr edilmiş Sabir obrazı olmuşdur. Bir müddət sonra aktyorluqdan ayrılıb inzibati işə keçən Əli Qasımov Gəncə Dövlət Dram Teatrında  1994 – 1999-cu illərdə baş inzibatçı, 1999 – 2001-ci illərdə direktor müavini, 2001 – 2008-ci illərdə  Nizami Poeziya Teatrnın direktoru işləmiş və 2008 ilin sentyabr ayından isə Gəncə Dövlət Dram Teatrının direktorudur. İşlədiyi müddətdə teatrın bir çox uğurlarına imza atmışdır. Belə ki, 2009-cu ildə respublikamızda ilk dəfə keçirilən "Yeni teatr" festivalına ev sahibliyi etmiş və teatrın uğurlu çıxışını təmin etmişdir. 2010 - cu ildə Bakıda keçirilən "Respublika Teatr festivalı"nda kollektivin iştirakını təmin etmişdir. 2011 ci ildə Gəncə teatrı ilk dəfə Onun Teatra rəhbərliyi dövründə xarici ökədə - Türkiyənin Giresun şəhərində, 34-cü uluslararası "AK SU" teatr festivalında iştirak etmişdir. 2012 ci ilin may ayında kollektiv yenidən Türkiyəyə sentyabr ayında isə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə teatr festivalında iştirak etmişdir. Elə həmin ilin 31 may-1iyun tarixlərində 30 illik fasilədən sonra Teatr iki tamaşa Qoqolun "Evlənmə" və M.F.Axundzadənin "Musyo Jordan və dərviş Məstəli şah" tamaşaları ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir. Ümumiyyətlə Əli Qasımovun teatra rəhbərliyi dövründə Gəncədə keçirilən tədbirlərin hər birinə rəhbərlik etmişdir. Onlardan ənənəvi olaraq hər il keçirilən Nizami Gəncəvi -870, Şəhər günləri, Poeziya günləri, Cavad xanın anım günləri, "Gəncə Darvazaları"nın açılışı və s. qeyd etmək olar. Bütün bu xidmətləri Respublika rəhbərliyi tərəfindən qiymətləndirilərək Əli Qasımov 8 may 2012 ci il tarixində Respublika Prezidenti Möhtərəm Cənab İlham Əliyevin sərəncamı ilə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.